SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Məhkəmə 5,5 milyon manat borcu olan “TVM İnşaat”ı CƏRİMƏLƏDİ

Məhkəmə 5,5 milyon manat borcu olan “TVM İnşaat”ı CƏRİMƏLƏDİ

  • 22 sentyabr 2026, 18:28

“TVM İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) valyuta qaydalarını pozmaqda ittiham olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “TVM İnşaat” MMC tərəfindən 2024-cü il tarixdə 25 min ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti Azərbaycan Respublikasından kənara köçürülüb və bu vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib, valyuta vəsaiti geri qaytarılmayıb. 

MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib. 

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə “TVM İnşaat” həmin məbləğin iyirmi faizi miqdarında, yəni 5 min ABŞ dolları məbləğində cərimə edilib.

Qeyd edək ki, “TVM İnşaat” MMC 2016-cı ildən fəaliyyət göstərir. Əvvəl nizamnamə kapitalı 1 milyon manatdan çox olsa da, bu il şirkət rəhbərliyi pulunu geri çəkərək kapitalı simvolik 10 manat həcmində saxlayıb. Şirkətin direktoru da dəyişib - əvvəl qanuni təmsilçisi Musa Ağayev olsa da bu aydan etibarən Feyzulla Bayramlı şirkətə rəhbərlik etməyə başlayıb. Hazırda MMC-nin 5,5 milyon manat vergi borcu da var.

Maraqlısı odur ki, nizamnamə kapitalını kəskin azaltması, milyonlarla manat vergi borcunun yığılması şirkətin tikinti üzrə irihəcmli tenderlərin qalibi olmasına mane olmur. Belə ki, "Qaynarinfo"nun məkumatına görə, Dövlət Gömrük Komitəsinin (DGK) “Azərterminalkompleks” Birliyi “TVM İnşaat” şirkəti ilə satınalma müqaviləsi imzalayıb. Müqavilədə DGK Tibbi Xidmət İdarəsinin Mərkəzi Gömrük Hospitalının yeni korpuslarının tikintisi işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 5 milyon manat təşkil edir. Satınalma proseduru birmənbə üsulu ilə həyata keçirilib.

Skat.az - Ev və Avtomobil elanları