SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

  • 22 sentyabr 2026, 13:32

Azərbaycan Mərkəzi Bankı (AMB) “İdeal Kredit” MMC bank olmayan kredit təşkilatına (BOKT) qarşı tədbir görüb.

AMB-dən Yurd.Media-ya bildirilib ki, bankda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanıb.

Bununla bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən "İdeal Kredit” 50 000 manat, onun vəzifəli şəxsi isə 6 000 manat cərimə olunub.

"İdeal Kredit" 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 647 min manatdır, direktoru Qubad Qubadovdur.

"İdeal Kredit"in direktoru Qubad Qubadov

Skat.az - Ev və Avtomobil elanları