SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Vergi xidmətlərinin göstərən şirkət və rəhbərini məhkəmə cərimələdi

Vergi xidmətlərinin göstərən şirkət və rəhbərini məhkəmə cərimələdi

  • 17 sentyabr 2026, 12:32

“İSH GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) əmək hüquqlarının pozuntusu aşkar olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, vətəndaş tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinə şirkətdə əmək hüquqlarının pozuntusu ilə bağlı müraciət olunub. 

Vətəndaş müraciəti əsasında Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən “İSH GROUP” MMC-nin vəzifəli şəxsinə məktub göndərilib və müraciətə dair sənədlərin 7 iş günü müddətinə Əmək Müfəttişliyi Xidmətinə verilməsi tələb olunsa da, cari tarixədək müvafiq sənədlər təqdim olunmayıb. 

Buna görə də mühasibatlıq və vergi xidmətlərinin göstərilməsi ilə məşğul olan “İSH GROUP” barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə protokol tərtib olunub. 

Səbail Rayon Məhkəməsinin qərarı ilə “İSH GROUP” MMC 2000 manat, MMC-nin rəhbəri isə 1000 manat məbləğində cərimə edilib. 

Qərara görə, İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən “İSH GROUP” MMC-yə və “İSH GROUP” MMC-nin vəzifəli şəxsinə hüquqpozmanı aradan qaldırması üçün 1 ay müddət təyin edilib.

Qeyd edək ki, mühasibatlıq və vergi xidmətlərinin göstərilməsi üzrə fəaliyyət göstərən “İSH GROUP” MMC 2019-cu ildə yaradılıb. Hazırda dövlətə 2800 manat vergi borcu olan şirkətin rəhbəri Zahid Seyidzadədir.

Skat.az - Ev və Avtomobil elanları