SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
“Ip1 Projects” 10 manatlıq nizamnamə kapitalına görə 2 min manat cərimələndi

“Ip1 Projects” 10 manatlıq nizamnamə kapitalına görə 2 min manat cərimələndi

  • 14 sentyabr 2026, 13:37

“Ip1 Projects” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Ip1 Projects” MMC-nin təsisçi dəyişikliyi ilə bağlı sənədlər təqdim edilərkən cəmiyyət 31 oktyabr 2025-ci il tarixdə qeydiyyata alınmasına baxmayaraq nizamnamə kapitalının 3 aydan gec ödənildiyi müəyyən edilib. 

Nəticədə daşınmaz əmlak sahəsində fəaliyyət göstərən “Ip1 Projects” barəsində İnzibati Xətalar Məcəlləsinin 405-1.1-ci maddəsi ilə protokol tərtib edilib. 

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə şirkət 2 min manat cərimə olunub.

Qeyd edək ki, 1 il əvvəl yaranmış şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır, rəhbəri isə Aygün Əliyevadır.

Skat.az - Ev və Avtomobil elanları