SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Həqiqətə uyğun olmayan reklam yayan hotel cəzalandırıldı

Həqiqətə uyğun olmayan reklam yayan hotel cəzalandırıldı

  • 11 sentyabr 2026, 22:05

Endirimli qiymətləri təhrif edilmiş formada reklam edən hotel cəzalandırılıb. 

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Caspian Hotel Group” MMC barəsində “Reklam haqqında” qanunvericiliyin tələblərini pozduğuna görə cərimə protokolu tərtib edib.

Avqustun 20-də tərtib olunmuş protokolda “Reklam haqqında” Qanunun 7.1.4-cü maddəsinin tələbinin pozulduğu əks olunub.

Qanunun 7-ci maddəsi isə qeyri-dəqiq reklamı xarakterizə edir. 7.1.4-cü maddədə deyilir ki, reklam edilən vaxt əmtəənin qiyməti, qiymət güzəştləri, əldəetmə və ödəniş şərtləri barədə məlumatlar təhrif edilmiş, həqiqətə uyğun olmayan şəkildə əks edən reklam qeyri-dəqiq hesab olunur.

Belə ki, Dövlət Agentliyi “Caspian Hotel Group” şirkəti barəsində İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsinə əsasən cərimə protokolu tərtib edib. Bu maddəyə əsasən, reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə hüquqi şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

Skat.az - Ev və Avtomobil elanları