Elektron pul təşkilatı “A-Solutions Elektron Pul Təşkilatı” MMC-nin nizamnamə kapitalı artırılıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Azercell Telekom”un bazarda “akart” fintexi ilə çıxış edən şirkətin nizamnamə kapitalı 8 milyon manat və ya 34 faiz artırılaraq 31,5 milyon manata çatdırılıb.
Xatırladaq ki, “A-Solutions Elektron Pul Təşkilatı” MMC 2023-cü ilin noyabrın ayında dövlət qeydiyyatına alınıb. Həmin vaxt şirkətin nizamnamə kapitalı 1,5 milyon manat, qanuni təmsilçisi isə Hüseynov Azad İsrail oğlu olub.
Hazırda “A-Solutions Elektron Pul Təşkilatı”nın Müşahidə Şurasının sədri “Azercell Telekom”un qanuni təmsilçisi Zərinə Zeynalova, üzvləri isə Əliyeva Şirin Eldar qızı və Tekeli Taylandır.
“Azercell Telekom” MMC təqdim etdiyi "akart" xidməti ilə əlaqədar bütün mülkiyyət və müəllif hüquqlarını, o cümlədən müştərilərə aid hesablar, həmin hesablar üzrə tarixçə, müştəri balansları, xidmət haqqı ödənişləri, keşbek qaytarılması, hesablar üzrə bütün digər məlumat və həyata keçirilən əməliyyatlar, həmçinin hazıradək və gələcəkdə həmin xidmət üzrə müştərilərin yaranacaq hər hansı borc öhdəliklərinə dair tələblər üzrə bütün hüquqlarını “A-Solutions Elektron Pul Təşkilatı” MMC-yə ötürüb.