SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
“NB Seramik”in 82 işçisi ilə bağlı mübahisə məhkəməyə çıxdı

“NB Seramik”in 82 işçisi ilə bağlı mübahisə məhkəməyə çıxdı

  • 14 sentyabr 2026, 09:33

Gəncə şəhərində fəaliyyət göstərən “NB Seramik” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində məhkəmə işi qaldırılıb. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən MMC-də yoxlama aparılıb. 

Məlum olub ki, şirkətdə Əmək Məcəlləsinin 225.1-ci maddəsinin tələbləri pozulub, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilməyib. 

Buna görə də MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə protokol tərtib olunub və iş baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib. 

Məhkəmədə çıxış edən şirkətin nümayəndəsi bildirib ki, “NB Seramik” MMC hazırda fəaliyyət göstərmir və buna baxmayaraq işçilərə əmək haqqı ödənilir.

Onun sözlərinə görə, hazırda sözügedən 82 nəfər işçi ilə artıq 2026-cı il tarixdə sığorta müqaviləsi bağlanıb, əmək müfəttişliyi tərəfindən plandankənar yoxlamanın aparılmasının heç bir hüquqi əsası olmayıb. 

Nümayəndə deyib ki, nazirliyin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən tərtib edilmiş protokolları əsassız hesab edirlər.  

Məhkəmənin qərarı ilə MMC-nin əməlində inzibati xəta tərkibinin mövcudluğu sübuta yetirilmədiyindən, onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilib.

Qeyd edək ki, 19 milyon manat nizamnamə kapitalı olan “NB Seramik”in rəhbəri Telman Bairoyevdir.

Skat.az - Ev və Avtomobil elanları