SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Külli miqdarda borca düşən Tovuz Baltiya” şərab şirkəti CƏRİMƏLƏNDİ

Külli miqdarda borca düşən "Tovuz Baltiya” şərab şirkəti CƏRİMƏLƏNDİ

  • 12 sentyabr 2026, 15:43
Tovuz

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şərabçılıqla məşğul olan “Naiqin-K Tovuz Baltiya” MMC barəsində “Reklam haqqında” qanunvericiliyin tələblərini pozduğuna görə cərimə protokolu tərtib edib.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, protokolda “Reklam haqqında” Qanunun 27.3-cü və 6.1.7-ci maddələrinin tələblərinin pozulduğu əks olunub.

Belə ki, 27.3-cü maddədə deyilir ki, tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamı ondan həddən artıq istifadənin sağlamlıq üçün zərərli olması barədə xəbərdarlıqla müşayiət olunmalıdır. Bu xəbərdarlığa reklam sahəsinin 10 faizindən az olmayaraq yer ayrılmalıdır. 6.1.7-ci maddədə isə qeyd olunur ki, reklam reklam edilən əmtəənin sağlamlığa və ətraf mühitə mənfi təsiri barədə məlumatlar qəsdən gizlədildikdə haqsız hesab edilir. 

Belə ki, Dövlət Agentliyi “Naiqin-K Tovuz Baltiya” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Bu maddəyə əsasən, reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə hüquqi şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “Naiqin-K Tovuz Baltiya” MMC 1993-cü ildə qeydiyyata alınıb. Qanuni təmsilçisi Tağıyev Rakif Musa oğludur. Şirkətin həm Dövlət Vergi Xidmətinə 676 185.83 manat vergi borcu mövcuddur.

Skat.az - Ev və Avtomobil elanları