SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
“İrşad Electronics” CƏRİMƏLƏNDİ

“İrşad Electronics” CƏRİMƏLƏNDİ

  • 11 sentyabr 2026, 22:49

“İrşad Electronics”in  yaydığı reklamda müəlliflik hüquqlarının pozulduğu aşkarlandı.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “İrşad Electronics” MMC barəsində “Reklam haqqında” qanunvericiliyin tələblərini pozduğuna görə cərimə protokolu tərtib edib.

Protokolda “Reklam haqqında” Qanunun 6.1.5-ci maddəsinin pozulduğu əks olunub.

Həmin maddədə deyilir ki, reklam müəlliflik hüquqlarından və əlaqəli hüquqlardan qeyri-qanuni istifadə olunduqda, başqa əmtəələrin reklam materiallarının plagiatçılığına yol verildikdə haqsız hesab edilir.

Belə ki, Dövlət Agentliyi “İrşad Electronics” barəsində İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Bu maddəyə əsasən, reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə hüquqi şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

Skat.az - Ev və Avtomobil elanları