“NİKKA-1” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsi tərəfindən MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib edilib.
Həmin protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd edilib ki, şirkət 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə həyata keçirilməli olan məcburi auditindən yayınıb.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə MMC 1500 manat cərimə edilib.
Qeyd edək ki, “NİKKA-1” MMC 2018-ci ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 50 manat olan şirkətin rəhbəri Könül Xankişiyevadır.