SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Lənkəranda istirahət mərkəzi CƏRİMƏLƏNDİ

Lənkəranda istirahət mərkəzi CƏRİMƏLƏNDİ

  • 11 sentyabr 2026, 12:35
Lənkəran

Lənkəran rayonu, Sütəmurdov kəndinidə dəniz sahilində yerləşən “Beluqa” istirahət mərkəzi cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Lənkəran - Astara Regional bölməsi tərəfindən istirahət mərkəzində yoxlama aparılıb. 

İstirahət mərkəzində aparılan monitorinq zamanı orada formalaşan tullantı sularının təyinatsız axıdılması müşahidə olunub. 

Mərkəzin mətbəxində və əlüzyuyan çanaqdan tullantı suları həmin yerin arxasında kustar üsulla qazılmış şambaya təyinatsız olaraq axıdılıb və oradan da torpağa axıdılıb. 

Mərkəzin rəhbərliyinin barəsində İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə protokol tərtib edilib. 

Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 800 manat cərimə yazılıb.

“Beluqa” istirahət mərkəzinin rəhbəri Mirəbdülqəni Ağazadə daha əvvəl də məişət tullantılarının qalaqlanması və yandırılması faktlarına görə cəzalandırılmışdı. 

Skat.az - Ev və Avtomobil elanları