Azərbaycanın tikinti şirkəti - "Diadem" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Şirkət ötən il 6,5 milyon manat xalis zərər edib.
Bu, əvvəlki illə müqayisədə 17,55% çoxdur.
Bu ilin əvvəlinə "Diadem"in aktivləri ötən ilin əvvəlinə nisbətən 1,35% çox - 115,9 milyon manat təşkil edib. Şirkətin öhdəlikləri 122,8 milyon manat (7% çox), balans kapitalının çatışmazlığı isə 6,9 milyon manat (16,8 dəfə çox), o cümlədən nizamnamə kapitalı 3,1 milyon manat (dəyişməyib) olub.