Bu il yanvarın 1-nə Azərbaycanda 222 050 ədəd “Mercedes”, 46 904 ədəd BMW markalı minik avtomobili olub.
Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata əsasən, “Mercedes”lərin sayı BMW-lərin sayını 4,7 dəfə üstələyib.
Bununla belə, otən il yanvarın 1-nə nisbətən “Mercedes”lərin sayında 0,8%, BMW-lərin sayında isə 5,2% artım olub.