SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Lizinq şirkəti cərimələndi

Lizinq şirkəti cərimələndi

  • 14 sentyabr 2026, 17:41

“BSG Lizing” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) barəsində inzibati cərimə tətbiq edilib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, MMC-dən mülkiyyətində olan “Ford Fusion” markalı avtomobili idarə edən və inzibati xətanı törətmiş fiziki şəxs barədə məlumat verməsi xahiş olunub. 

Səbail Rayon Polis İdarəsi Dövlət Yol Polisi tərəfindən sorğu cəmiyyət tərəfindən qəbul olunub.

Lakin “BSG Lizing” həmin şəxs barəsində məlumatı 5 gün müddətində verməyib. 

Buna görə də MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə protokol tərtib edilib. 

Səbail Rayon Məhkəməsinin qərarı ilə “BSG Lizing” MMC 300 manat cərimə olunub.

Qeyd edək ki, 2024-cü ildə 100 manat nizamnamə kapitalı ilə qurulan “BSG Lizing”in direktoru Fərid Süleymanovdur.

Skat.az - Ev və Avtomobil elanları