“Baku Digital” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət tərəfindən 90 min ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülüb.
“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatı arının aparılması qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində 29 min ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
Məlum olub ki, “Baku Digital” MMC tərəfindən 2024-cü il tarixdə “FUTURE CELL ELECTRONİCS TRADİNG” LLC şirkətinə 90 min ABŞ dolları məbləğində köçürmə edilib, köçürmə üzrə bəyan olunmayan hissə 29 250 ABŞ dolları təşkil edib.
Mərkəzi Bank tərəfindən MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə MMC barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 29250 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 faizi miqdarında, yəni 5850 dollar cərimə edilib.
Qeyd edək ki, 2023-cü ildən fəaliyyət göstərən “Baku Digital” MMC bir sıra dövlət qurumlarına, o cümlədən Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələrinə elektrotexniki avadanlıqların satınalınması ilə məşğul olub. Nizamnamə kapitalı 10 manat olam şirkətin direktoru Vüqar Camalovdur.