SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
“SARR Logistics” Dövlət Yol Polisi ilə MƏHKƏMƏDƏ

“SARR Logistics” Dövlət Yol Polisi ilə MƏHKƏMƏDƏ

  • 16 sentyabr 2026, 17:13

“SARR Logistics” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət mülkiyyətində olan nəqliyyat vasitəsini idarə edən və bu zaman inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətində rəsmi qaydada Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə təqdim etməyib. 

Bununla da MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilib. 

İş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə “SARR Logistics” İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməyib və inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən xitam verilib.

Qeyd edək ki, 10 ildən çoxdur fəaliyyət göstərən "SARR Logistics"in nizamnamə kapitalı 10 manatdır, direktoru Tural Əliyevdir.

Skat.az - Ev və Avtomobil elanları