Azərbaycanda tikinti fəaliyyəti ilə məşğul olan "Diadem" ASC 2026-cı ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət yanvar-iyun aylarında 0,3 milyon manat xalis mənfəət əldə edib (ötən ilin eyni dövrünü 2,3 milyon manat xalis zərərlə başa vurmuşdu).
Bu il iyulun əvvəlinə "Diadem"in aktivləri ötən il iyulun əvvəlinə nisbətən 6,8% az - 111,6 milyon manat təşkil edib. Şirkətin öhdəlikləri 118,1 milyon manat (3,5% az), balans kapitalının çatışmazlığı isə 6,5 milyon manat (2,4 dəfə çox), o cümlədən nizamnamə kapitalı 3,1 milyon manat (3,3% çox) olub.