SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Məhkəmə auditdən yayınan “Qaya Nəqliyyat”la bağlı qərar verdi

Məhkəmə auditdən yayınan “Qaya Nəqliyyat”la bağlı qərar verdi

  • 18 sentyabr 2026, 13:05

“Qaya Neqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) barəsində inzibati protokol tərtib edilib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, cəmiyyət tərəfindən 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditi aparılmayıb. 

Buna görə də, MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib edilib. 

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə şirkət 1500 manat cərimə edilib.

"Qaya Nəqliyyat" Azərbaycanın aparıcı nəqliyyat və logistika şirkətlərindəndir, 2012-ci ildən etibarən ölkədaxili və beynəlxalq yükdaşıma xidmətləri göstərir. Şirkətin təsisçisi ve icraçı direktoru Şöhrət Tağıyevdir.

Şöhrət TağıyevŞöhrət Tağıyev

Skat.az - Ev və Avtomobil elanları