SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Tamet daşları istehsalçısı Vibrostone CƏRİMƏLƏNDİ

Tamet daşları istehsalçısı "Vibrostone" CƏRİMƏLƏNDİ

  • 22 sentyabr 2026, 09:29

“Vibrostone” Qapalı Səhmdar Cəmiyyəti (QSC) cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, tamet daşlarının və bardyurların istehsalı üzrə fəaliyyət göstərən şirkət tərəfindən 22 min avro məbləğində vəsait bank vasitəsilə 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülüb. 

“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində 22.000 avro məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb. 

Buna görə də "Vibrostone" barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib olunub və iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. 

Məhkəmənin qərarı ilə şirkət inzibati xətanın bilavasitə obyekti olmuş vəsaitin 20 faizi miqdarında, yəni 4 400 avro cərimə olunub.

Qeyd edək ki, “Vibrostone” QSC Azərbaycanda fəaliyyət göstərən tamet (səki döşəmə) daşları, bardyurlar və müxtəlif beton məmulatları istehsal edən zavoddur. Şirkət öz istehsalında Almaniyanın "HESS Machinefabrik GmbH & Co" şirkətinin texnologiyasını və avtomatlaşdırılmış avadanlıqlarını tətbiq edir. Nizamnamə kapitalı 2500 manat olan şirkətin direktoru Nüsrət Dəmirovdur.

Skat.az - Ev və Avtomobil elanları