“Digital Technologies-Azərbaycan” MMC nizamnamə kapitalını kəskin azaldaraq 50 100 manatdan 100 manata endirdiyini elan edib.
Yurd.Media xəbər verir ki, şirkət bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində elan verib.
Elanda deyilir ki, dəyişiklik nəticəsində “Digital Technologies-Azərbaycan”ın yeni nizamnamə kapitali 1 paydan ibarətdir.
Qeyd edək ki, 2023-cü ildən fəaliyyət göstərən şirkətin rəhbəri Emin Ağayevdir.