SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Şirkətlərə istifadə etdikləri suya görə ödənişi həyata keçirməsi ÇAĞIRIŞI EDİLDİ

Şirkətlərə istifadə etdikləri suya görə ödənişi həyata keçirməsi ÇAĞIRIŞI EDİLDİ

Bu gün "Caspian Energy Club" və Azərbaycan Milli Biznes Assosiasiyasının birgə təşkilatçılığı ilə “Kommunal İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda “Milli Biznesin İnkişafı Forumu” keçirilib.

Yurd.Media xəbər verir ki, forumda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərenerji ASC, Azərişıq ASC və Azəriqaz İstehsalat Birliyinin nümayəndələri iştirak ediblər.

“Azərişıq” ASC-nin sədrinin birinci müavini Ramil Yusifov çıxışında ASC infrastruktur layihələri ilə yanaşı sahibkarlara göstərilən xidmətlər istiqamətində də genişmiqyaslı işlər görüldüyünü və təqdim olunan 18 xidmət növündən 15-nin elektron şəkildə formalaşdırıldığını
bildirib. O həmçinin qeyd edib ki, “Azərişıq” ASC sahibkarların marifləndirilməsi və yaranan sualların cavablandırılması üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birlikdə regionlarda hər ay müntəzəm olaraq fəaliyyət göstərir və onların suallarını cavablandırır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin idarə heyətinin sədrinin müavini Cabbar Cabbarlı isə çıxışında bildirib ki, il ərzində təqdim edilən xidmətlərin 94–95 faizi üzrə ödənişlər toplanır. Amma müəyyən hissə ödənilmir ki, burada əsasən qeyri-əhali sektorundan söhbət gedir.

O vurğulayıb ki, bəzi hallarda dövlət qurumları ilə təşkilatlar arasında ödənişlərlə bağlı anlaşılmazlıqlar yaşanır: “Su Bakıya sadəcə olaraq axıb gəlmir, onu çatdırmaq, təmizləmək, paylamaq üçün ciddi vəsait tələb olunur. Biz bu vəsaiti yığmalıyıq ki, həmin xidmətin dəyərini ödəyə bilək”.

Onun sözlərinə görə, borc hər halda borcdur və qanunvericiliyin tələblərinə uyğun olaraq, 3 ildən sonra iddia müddəti keçsə də, bu, onun borc olduğu faktını dəyişmir:

"Borcun hüquqi və ya maliyyə statusundan asılı olmayaraq, onun ödənilməsi üçün yollar var. Biz xidmət göstərdiyimiz iri şəhərlərdə və sahibkarlıq subyektlərində anlayışlı yanaşma gözləyirik. Kəsilmiş fakturalar üzrə vaxtında ödənişlərin aparılması vacibdir".

Prime Leasing