SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Restoranların dövriyyəsi 2 milyard manata çatır

Restoranların dövriyyəsi 2 milyard manata çatır

  • 28 oktyabr 2025, 10:31

Bu ilin 9 ayı ərzində Azərbaycanda restoranların dövriyyəsi 2 milyard manata çatıb.

Dövlət Statistika Komitəsindən Yurd.Media-ya bildirilib ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə ictimai iaşə dövriyyəsi 2024-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 13.2% artaraq 1 milyard 990.2 milyon manat təşkil edib.

Dövriyyənin 1 milyard 974 milyon manatı isə qeyri-dövlət mülkiyyətinə məxsus iaşə obyektlərində formalaşıb.

Qeyri-dövlət sektorunda dövriyyə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13.3% artıb, o cümlədən fiziki şəxslər üzrə göstərici 13.6% artaraq 966.1 milyon manata çatıb.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 51.1%-i hüquqi şəxslərin, 48.9%-i isə fiziki şəxslərin payına düşüb. Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 1 milyard 7.9 milyon manat olub.

Prime Leasing
SPE Annual Caspian