SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
PR və MarCom üzrə yeni kurs – “360 dərəcə Kommunikasiya” başlayır

PR və MarCom üzrə yeni kurs – “360 dərəcə Kommunikasiya” başlayır

  • 10 mart 2026, 21:49
Bakı

“Viva” Kommunikasiya Agentliyi kommunikasiyanın bütün tərəflərinin tədris ediləcəyi kurs elan elan edir.

Yurd.Media xəbər verir ki, “360 dərəcə Kommunikasiya” adlı kurs apreldə başlayıb 2 ay davam edəcək və bu müddət ərzində hər biri 90 dəqiqə olan 20 dərs keçiriləcək. Əsasən kommunikasiya eksperti Vüqar Babanın keçəcəyi dərslərin bəzilərinə öz təcrübələrini bölüşmələri üçün PR və marketinq mütəxəssisləri dəvət olunacaq.

 

Kurs 4 moduldan ibarət olacaq:

Modul 1: Daxili Kommunikasiya

Modul 2: İctimaiyyətlə Əlaqələr (PR)

Modul 3: Marketinq Kommunikasiyaları (MarCom)

Modul 4: Kommunikasiya Strategiyası

 

Təlimlərdə PR və marketinq sahəsinə işləyən şəxslər, öz karyerasını bu sahədə qurmaq istəyən şəxslər iştirak edə bilər. Kurs iştirakçıları sonda özlərinin işlədikləri qurum və ya qurmaq istədikləri şirkət üçün kommunikasiya strategiyası yazacaqlar.

 

“360 dərəcə Kommunikasiya” kursu barədə ətraflı məlumatı “Viva” Kommunikasiya Agentliyindən +994 99 6727733 nömrəsi vasitəsilə və ya bu linkdən əldə etmək olar.

kommunikasiya eksperti Vüqar Babakommunikasiya eksperti Vüqar Baba

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları