SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
“AAAF-İnşaat” 20 min manat cərimə edildi

“AAAF-İnşaat” 20 min manat cərimə edildi

  • 09 mart 2026, 22:32

“AAAF-İnşaat” əmək qanunvericiliyinin tələblərini pozduğu üçün cərimələnib.

Yurd.Media "Teleqraf"a istinadən xəbər verir ki, şirkət barədə Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən protokol tərtib olunub.

Buna səbəb isə “AAAF-İnşaat”ın icraçı direktoru Camal Rəcəbov tərəfindən növbə rəisi vəzifəsinə götürülən şəxsin əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsidir.

Məhkəmə şirkəti hüquqazidd əmələ görə 20 000 manat məbləğində cərimə edib.

Qeyd edək ki, “AAAF-İnşaat”ın təsisçisi və sahibi tanınmış iş adamı Tofiq Heydərovdur.

iş adamı Tofiq Heydəroviş adamı Tofiq Heydərov

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları