Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən “Çeşmə” restoranı cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii İdarəsi tərəfindən restoranda yoxlama aparılıb.
Müəyyən edilib ki, “Çeşmə” restoranının manqalında zərərli maddələrin zərərsizləşdirilməsi üçün qurğu quraşdırılmayıb.
Restoranının ərazisində məişət tullantılarının kənar yerlərə atılmasına və qalaqlanmasına görə turizm, rekreasiya zonasında ərazinin çirklənməsi müəyyən olunub.
Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə restoran 3 min manat cərimə edilib.
Bu qərardan restoranın rəhbərliyi tərəfindən apellyasiya şikayəti verilsə də Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib.