SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Fəaliyyəti dayandırılan ödəniş şirkəti rəhbərini yenə dəyişdi

Fəaliyyəti dayandırılan ödəniş şirkəti rəhbərini yenə dəyişdi

"Greentek Group" MMC rəhbər vəzifəsində yenidən dəyişiklik edib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətə İsmayıl Hacıyevin əvəzinə Fərid Qasımzadə rəhbər təyin edilib.

Xatırladaq ki, şirkət İsmayıl Hacıyevi rəhbər vəzifəsinə keçən ilin dekabr ayında Emin Sultanovun əvəzinə təyin etmişdi.

Qeyd edək ki, "Greentek Group" -  “GreenPay” elektron pul təşkilatınada ötən ilin noyabr ayında həyata keçirilən plandankənar yoxlama çərçivəsində istifadəçilərə ödəniş hesablarının qanunvericiliyin tələblərinə uyğun qaydada açılmadığı, internet resurslar vasitəsilə aparılan qanunsuz fəaliyyətlərin qarşısının alınmasında xətalara yol verilməsi faktları aşkar edilib.

Bu səbəbdən şirkətə lisenziya çərçivəsində göstərilən bütün ödəniş xidmətlərinin (ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin geri qaytarılması istisna olmaqla) müvəqqəti olaraq dayandırılması barədə göstəriş verilib.

“Greentek Group” MMC 18 sentyabr 2024-cü il tarixində Azərbaycan Mərkəzi Bankından lisenziya əldə edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları