"Rahat" supermarketlər şəbəkəsinin icarəyə götürdüyü daha bir obyekt satışa çıxarılıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Bakının Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən obyektin ümumi sahəsi 2 min kvadrat metrdir.
"Rahat" supermarketin hazırda 45 min manat aylıq icarə haqqı ödədiyi bu obyekt 10 milyon manata satılır.
Xatırladaq ki, daha əvvəl bu marketlər şəbəkəsinin Bakının Sabunçu rayonunda mağazasının yerləşdiyi obyekt də satışa çıxarılmışdı.
Qeyd edək ki, "Rahat" supermarketlər şəbəkəsi hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadəyə məxsusdur. O ötən ilin sentyabr ayında DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Bu həftə isə A. Əhmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.