SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Rahat marketin yerləşdiyi obyekt satışa çıxarıldı - FOTO

"Rahat" marketin yerləşdiyi obyekt satışa çıxarıldı - FOTO

  • 02 dekabr 2025, 11:22

"Rahat" marketlər şəbəkəsinin mağazasının yerləşdiyi obyekt satışa çıxarıldı.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Bakının Sabunçu rayonunda yerləşən marketin binası bitişik olan digər tikililər ilə birlikdə kompleks şəkildə 6,5 milyon manata satılır.

Qeyd edək ki, Azərbaycana qarşı iqtisadi təxribatda ittiham olunaraq həbs edilən iş adamı Adnan Əhmədzadəyə məxsus “Rahat Market”in bir müddət əvvəl Xırdalan filialının yerləşdiyi qeyri-yaşayış sahəsi də müsadirə olunmuşdu. Müsadirə olunaraq dövlət hərracında satılacaq obyektin hazırkı bazar qiyməti isə 1 milyon manat civarında dəyərləndirilir.

Diqqət çəkən digər məqam marketlər şəbəkəsinin müsadirəsi və satışa çıxarılması dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevlə bağlı cinayət işinin başlanması ilə üst-üstə düşür. 

Bu günlərdə həbs olunan AXCP sədri Əli Kərimlinin evindən isə "Milyarderlər İttifaqı" ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı, sair sənədlər tapılıb.

Adnan Əhmədzadə ilə bağlı əsas səsləndirilən ittihamlardan biri də onun Rusiya kəşfiyyatının təsiri altına düşərək, öz dövlətinə xəyanət etməsi göstərilir. O, Rusiya neftinin qaçaq satışında iştirak edərək Rusiyanın xam neft məhsullarını “Azəri Layt” markalı neft məhsullarına  qarışdırmaqla satışını təmin edib.

Xatırladaq ki, hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Səbail Rayon Məhkəməsi Ramiz Ənvər oğlu Mehdiyev barəsində cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Prime Leasing
SPE Annual Caspian