SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Naxçıvandan olan daha bir inşaat şirkətinin milyonlarla vergi borcu üzə çıxdı

Naxçıvandan olan daha bir inşaat şirkətinin milyonlarla vergi borcu üzə çıxdı

  • 10 iyun 2026, 13:48

“Sərvət İnşaat” MMC-nin dövlətə külli miqdarda vergi borcu yaranıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin hazırki vergi borcu 1 786 287 manat təşkil edir.

Qeyd edək ki, 2014-cü ildə dövlət qeydiyatına alınmış  bu şirkətin 50 manat nizamnamə kapitalı var.

“Sərvət İnşaat”ın direktoru Servet Alpagudur, hüquqi ünvanı Naxçıvan şəhəri, İstiqlal, ev.75, m.10 ünvandır.

Qeyd edək ki, “Sərvət İnşaat” Naxçıvandan olan külli miqdarda borcu olan yeganə inşaat şirkəti deyil. Bir vaxtlar Naxçıvan Ali Məclisinin sabiq rəhbəri Vasif Talıbova məxsus olan “Arkoz İnşaat Şirkəti”nin də dövlətə borcu 300 min manata yaxındır. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları