“Azərlotereya” ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət ötən il 73,9 milyon manat xalis mənfəət əldə edib.
Bu, əvvəlki illə müqayisədə 19,5% çoxdur.
Bu ilin əvvəlinə “Azərlotereya”nın aktivləri ötən ilin əvvəlinə nisbətən 13,3% çox – 130,4 milyon manat təşkil edib. Şirkətin öhdəlikləri 79,8 milyon manat (4,6% çox), balans kapitalı isə 50,7 milyon manat (30,5% çox), o cümlədən nizamnamə kapitalı 0,2 milyon manat (dəyişməyib) olub.
Xatırladaq ki, “Azərlotereya” 2002-ci ildə, ölkədə lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqlarının və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxilolmaları artırmaq və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndirmək məqsədi ilə yaradılıb. Şirkət 2021-ci ilin fevral ayında Türkiyənin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin idarəetməsinə verilib. Hazırda şirkət öz fəaliyyətini əsasən iki əsas brend altında həyata keçirir - “Azərlotereya” və “Misli”.