SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
BOA Agencydən anormal addım – səhmdarlarına 1 saat vaxt verib

"BOA Agency"dən anormal addım – səhmdarlarına 1 saat vaxt verib

  • 08 iyun 2026, 12:23

Azərbaycanın kollektor agentliyi - "BOA Agency" ASC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elan verərək səhmdarlarının ümumi yığıncağını çağırıb.

Yurd.Media xəbər verir ki, yığıncaq bu gün saat 11:00-a təyin olunub, səhmdarlara isə bu barədə saat 09:41-də məlumat verilib.

Yəni, səhm sahiblərinin yığıncağa gəlmək üçün 1 saatdan bir qədər çox vaxtı olub.

Xatırladaq ki, "BOA Agency" 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 200 min manatdır. Şirkətin səhmlərinin 40%-i Rüstəm Hacıyevə, 40%-i İlkin Qəribliyə, 20%-i isə Ramin Hacıyevə məxsusdur. İ.Qəribli “Unibank” ASC-nin səhmlərinin 94%-dən çoxuna nəzarət edən Eldar Qəribovun oğludur.       

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları