SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
“Bir Kredit” BOKT-un payçı olduğu qurumlar açıqlanıb

“Bir Kredit” BOKT-un payçı olduğu qurumlar açıqlanıb

  • 05 iyun 2026, 11:19

“Bir Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) “PAŞA Holdinq” MMC-yə daxil olan “Competo” MMC-nin təsis paylarının 72,8%-nə nəzarət edir.

Yurd.Media xəbər verir ki, bu barədə kredit təşkilatının illik maliyyə (audit) hesabatında bildirilir.

“Competo” 2018-ci ilin sentyabr ayından fəaliyyət göstərir, Bakıda ofisi olan geniş profilli İT və biznes həlləri şirkətidir, ötən il iyulun 1-nə qədər “Umico” adı ilə fəaliyyət göstərmiş “Birmarket”i idarə edir.

“Bir Kredit” həm də xeyriyyə məqsədi ilə yaradılmış Qırmızı Ürəklər Fondunun yeganə təsisçisidir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları