SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Prior Creditə 1 milyon manat maya qoyuldu

"Prior Credit"ə 1 milyon manat maya qoyuldu

  • 24 sentyabr 2026, 12:25

"Prior Credit" ASC bank olmayan kredit təşkilatının (BOKT) nizamnamə kapitalı 1 milyon manat artdı. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin kapitalı 47,6% artırılaraq 2 100 000 manatdan 3 101 000 manata çatdırıldı.

Xatırladaq ki, "Prior Credit" bu ilin iyul ayında kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 700 manat olan 1 430 ədəd yeni səhm buraxmışdı.

"Prior Credit"i 2020-ci ildə "Prior Leasing" ASC tərəfindən yaradılıb. Şirkətin icraçı direktoru Kifayət Ağalarovadır.

Skat.az - Ev və Avtomobil elanları