Naxçıvanda 2,5 milyon manata tarixi binanı bərpa etmək istəyən tapılmır

Naxçıvanda 2,5 milyon manata tarixi binanı bərpa etmək istəyən tapılmır

  • 14 aprel 2025, 11:44
Ordubad

Bir müddətdir Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində yerləşən “Ərbabın İş Yeri” və ona bitişik tarixi binanın əvvəlki vəziyyətinə qaytarılması ilə bağlı tender hələ də yekunlaşmayıb.

"Yurd.Media"nın əldə etdiyi məlumata görə, muxtar respublikanın Mədəniyyət Nazirliyi ötən ildən bəri bərpa və restavrasiya işlərini həyata keçirəcək şirkət axtarışındadır.

Nazirliyin bununla bağlı elan etdiyi növbəti tender ötən həftə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən ləğv edilib. Buna səbəb isə müsabiqədə iştirak edən şirkətlərin sayının üçdən az olmasıdır.

Məlumat üçün bildirək ki, nazirlik restavrasiya və təmir-bərpa işlərinin 2 546 864,80 manata başa gələcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, “Ərbabın İş Yeri” və ona bitişik tarixi binanın əvvəlki vəziyyətinə qaytarılması ilə bağlı layihə-smeta sənədləri bu ilin əvvəlində hazırlanıb.

Bərpa işlərinin isə iki il müddətinə tamamlanması nəzərdə tutulur.