SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Mərkəzi Bankın cəzalandırdığı şirkət rəhbərini dəyişdi

Mərkəzi Bankın cəzalandırdığı şirkət rəhbərini dəyişdi

"Greentek Group" MMC rəhbər vəzifəsində dəyişiklik edib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətə Emin Sultanovun əvəzinə İsmayıl Hacıyev rəhbər təyin edilib.

Xatırladaq ki, keçən ay şirkətdə həyata keçirilən plandankənar yoxlama çərçivəsində istifadəçilərə ödəniş hesablarının qanunvericiliyin tələblərinə uyğun qaydada açılmadığı, internet resurslar vasitəsilə aparılan qanunsuz fəaliyyətlərin qarşısının alınmasında xətalara yol verilməsi faktları aşkar edilib.

"Mərkəzi Bank haqqında" qanunun 48.2.4-cü və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun 63.1-ci maddələri rəhbər tutularaq, kommersiya qurumuna lisenziya çərçivəsində göstərilən bütün ödəniş xidmətlərinin (ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin geri qaytarılması istisna olmaqla) müvəqqəti olaraq dayandırılması barədə göstəriş verilib.

Qeyd edək ki, “Greentek Group” MMC 18 sentyabr 2024-cü il tarixində AMB-dən lisenziya əldə edib.

Prime Leasing
SPE Annual Caspian