SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Mərkəzi Bank “Büllur” ASC-yə cərimə yazdı

Mərkəzi Bank “Büllur” ASC-yə cərimə yazdı

  • 07 aprel 2026, 16:11

Azərbaycan Mərkəzi Bankı tərəfindən “Büllur” Açıq Səhmdar Cəmiyyətinə (ASC) cərimə yazıb. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 548.2-ci (Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə) maddəsi ilə ittiham elan edilib. 

Protokola əsasən “Büllur” ASC-nin rəhbərliyi 2024-cü ilə dair emitentin idarəetmə illik hesabatını Mərkəzi Banka təqdim etməyib. 

Mərkəzi Bankın tərtib etdiyi protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə şirkət 1500 manat məbləğində cərimə olunub. 

Bu qərardan ASC-nin nümayəndəsi apellyasiya şikayəti verib və qərarın ləğv edilməsini istəsədə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları