SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Marketinqin inciləri: Bizim süfrə mayonezlərinin ekonomik paketi əslində baha başa gəlir - FOTO

Marketinqin inciləri: "Bizim süfrə" mayonezlərinin "ekonomik" paketi əslində baha başa gəlir - FOTO

  • 18 avqust 2025, 16:39

Azərbaycan bazarında uzun müddətdir davam edən maraqlı bir qiymət uyğunsuzluğu istehlakçıların diqqətini cəlb edib. "Bizim süfrə" brendi altında satılan mayonezlərdə kiçik və böyük paketlər arasındakı qiymət fərqi istehlakçıların ziyanına işləyir.

Yurd.Media xəbər verir ki, müştərilərin apardığı müşahidələrə əsasən, "Bizim süfrə" mayonezinin 400 ml həcmli qablaşdırması 2.91 manata satılır. Məntiqlə, iki dəfə böyük olan 800 ml həcmli qablaşdırmanın qiyməti ikiqat qiymətdən daha ucuz olmalı, yaxud heç olmasa 5.82 manat olmalıdır. Lakin 800 ml həcmli mayonez 6.18 manata satılır.

Sadə hesablama göstərir ki, istehlakçı iki ədəd 400 ml həcmli mayonez aldıqda cəmi 5.82 manat ödəyir. Bu isə "ekonomik" etiketli 800 ml həcmli qablaşdırmadan 36 qəpik ucuzdur.

Maraqlısı odur ki, böyük həcmli qablaşdırmanın üzərində "ekonomik" yazılmasına baxmayaraq, əslində bu paket heç də qənaətli deyil. Əksinə, istehlakçı eyni miqdarda məhsulu kiçik paketlərdə aldıqda daha az pul xərcləyir.

Bu cür qiymət siyasəti istehlakçıları çaşdırmaqla yanaşı, "ekonomik paket" anlayışının mahiyyətinə də ziddir.

Məsələ ilə bağlı sosial mediadakı paylaşıma rəy yazan istifadəçilərin bir çoxu "Bizim süfrə" mayonezinin dadının da olmadığını bildirib. 

Prime Leasing