SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
“Səba”nın səhmdarları dividend almaq üçün 1 ay da gözləməli olacaq

“Səba”nın səhmdarları dividend almaq üçün 1 ay da gözləməli olacaq

  • 19 avqust 2025, 10:51

“Səba” ASC avqustun 18-də səhmdarlarının növbəti ümumi yığıncağını keçirməli olsa da, bunu sentyabrın 19-na qədər təxirə salıb.

Yurd.Media xəbər verir ki, şirkət bu barədə elan verib.

Elanda deyilir ki, yığıncaq Bakının Yasamal rayonunda - Cəfər Cabbarlı küçəsi, 60 ünvanında olacaq. Səhmdarlar müəssisənin Direktorlar Şurasının 2023-2025-ci illərdəki fəaliyyətinə dair hesabatı və qəbul etdiyi qərarları müzakirə edəcək, səhmdar cəmiyyətinin təsis etdiyi “Qarabağ Taxıl Aqro” MMC-nin nizamnamə kapitalındakı quşçuluq müəsissiəsinə məxsus payların satılması və dividendlərin elan edilməsi barədə qərar qəbul edəcək.

Prime Leasing