"Azərenerji" ASC müxtəlif növ elektrik mallarının satınalınması üçün həyata keçirdiyi müsabiqəyə yekun vurub.
Yurd.Media xəbər verir ki, "Electro Service" QSC ilə bağlanmış müqaviləyə görə elektrik mallarının alınmasına 3,8 milyon manat sərf olunacaq.
Alınacaq malların içində spotlar, led lampalar, işıq avtomatları və qutuları, plafonlar, dirəklər və sair mallar var.
Qeyd edək ki, "Electro Service" QSC daha öncə də"Azərenerji" ilə "Müxtəlif növ elektrik malları" tenderi üzrə 2,2 milyon manatlıq və "Müxtəlif növ xüsusi geyimlər" tenderləri üzrə 1,6 manatlıq satınalma müqaviləsi imzalamışdı.
“Elektro Service” QSC 8 oktyabr 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan QSC-nin hüquqi ünvanı , Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 187B-də yerləşir. Şirkətin qanuni təmsilçisi isə Babayev Tural Əli oğludur.