SÜJET
“Azərbaycan Kredit Bürosu” MMC lombard şirkətləri və elektron pul təşkilatları ilə əməkdaşlığa başlayıb.
Qurumdan Yurd.Media-ya bildirilib ki, artıq “Allall Finance” MMC və “Express Lombard” ASC, eləcə də “Golden Pay” ASC (hesab.az) da müştərilərinin davranışı barədə kredit bürosuna məlumat ötürməyə başlayıb.
Büro həmçinin banklar, bank olmayan kredit təşklilatları, kredit ittifaqları, sığorta, lizinq, faktorinq, kollektor və hissəli satış şirkətləri, mobil operatorlar, kommunal xidmət müəssisələri və dövlət qurumları ilə əməkdaşlığı davam etdirir.