SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Banka ödəniş gecikməsi olanlara bu şərtlərlə təkrar kredit verilə bilər - EKSPERT AÇIQLADI

Banka ödəniş gecikməsi olanlara bu şərtlərlə təkrar kredit verilə bilər - EKSPERT AÇIQLADI

Bankdan kredit götürüb zamanında ödəniş edə bilməyən şəxsləri düşünürən bir sual var: Yenidən kredit üçün həmin banka müraciət edə bilərəmmi?

Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən Pərakəndə bankçılıq və kredit sığortası məhsulları Ekspert Qrupunun üzvü Natiq Xəlilov Yurd.Media-ya bildirib ki, əgər müştərinin əvvəlki kredit öhdəliklərində gecikmə və ya ödəniş pozuntuları olubsa, təbii ki, bu onun kredit tarixçəsinə mənfi təsir göstərir:

"Mənfi kredit tarixçəsi olan şəxslərə isə bəzi hallarda kredit verilməsindən imtina oluna bilər".

Natiq Xəlilov hansı şərtlərlə həmin şəxlərə kredit verilə biləcəyini də açıqlayıb:

"Mərkəzi Bankının “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası” tələbləri gözlənilməklə, bankların daxili kredit siyasətinə və qiymətləndirmə mexanizminə uyğun olaraq belə şəxslərə təkrar kredit verilməsi mümkün ola bilər".

Prime Leasing