SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Market şəbəkələrində ərzaq mallarının MÜQAYİSƏLİ QİYMƏTLƏRİ

Market şəbəkələrində ərzaq mallarının MÜQAYİSƏLİ QİYMƏTLƏRİ

  • 19 avqust 2025, 11:26

Ərzaq məhsullarında müşahidə edilən qiymət artımı hər bir orta Azərbaycan ailəsinin büdcəsinə ciddi təsir edir. Büdcəni düzgün idarə etmək özü bir bacarıqdır. Yurd.Media yerli ərzaq məhsullarının monitorinqlərinə başlayır. Araşdırmalar zamanı müxtəlif marketlər şəbəkəsindəki qiymətləri müqayisə edəcik, ərzaq məhsullarının pərakəndə və topdansatış qiymətləri izləniləcək, mövsümi qiymət dəyişiklikləri təhlil olunacaq,  yerli və idxal məhsulların payı araşdırılacaq.

İlk araşdırmamızın nəticəsi olaraq "Araz" və "Bazarstore" marketlərində satılan ərzaq mallarının qiymət cədvəlini təqdim edirik.

ARAZ

BAZARSTORE

“Richmond” şəkər tozu, 800 qr – 1.83 m.

“Richmond” şəkər tozu, 800 qr. – 1.83 m.

“Sirab” su (qazlı) 1l – 1.00 m.

“Sirab” su (qazlı) 1l – 1.00 m.

“Azərduz” duz, yodlu, kristal, 1kq – 0.66 m.

“Azərduz” duz, yodlu, kristal, 1kq – 1.15 m.

“Bizim süfrə” mayonez, 500 ml – 3.85 m.

“Bizim süfrə” mayonez, 500ml – 3.95 m.

“Tac” kənd üsulu qatıq, 1lt – 2.10 m. 

“Azərsüd” kənd üsulu qatıq, 1l - 2.99 m. (endirim)

“Südçü” kərə yağı, 1kq – 18.90 m.

“Azərsüd” kərə yağı, 1kq – 18.99 m. (endirim)

“Sultan” uzun düyü, 1kq – 5.35 m.

“Sultan” uzun düyü, 1kq – 5.45 m.

“Giləzi” toyuq, 1kq – 4.25 m. (endirim)

“Səba” toyuq, 1kq - 5.59 m. (endirim)

“Azərsüd” süd, 1lt, 3.2% - 2.09 m. (endirim)

“Azərsüd” süd, 1l, 3.2%, 2.19 m. (endirim)

“Azərçay” çay, buket, 225 qr – 6.35 m.

“Azərçay” çay, buket, 225 qr – 6.35 m.

“Azərsüd” pendir (brınza), 400 qr, 45% - 5.40 m.

“Bizimsüd” pendir (brınza), 400 qr,  45% -  3.89 m. (endirim)

Banan, 1kq – 3.49 m.

Banan, 1kq – 3.49 m.

“Sun” salfetləri – 0.95 m.

“Sun” salfetləri – 1.15 m.

“Final” günəbaxan yağı, 1lt – 4.99 m.

“Final” günəbaxan yağı, 1l -  4.99 m.

“Tamak” tomat pastası, 720 ml – 3.30 m.

“Supersun” tomat pastası,  720 ml -  4.15 m. (endirim)

“Doymak” makaron, 500 qr –0.99 m. (endirim)

“Doymak” makaron, 500 qr – 1.35 m.

“Ankara” qarabaşaq / qreçka,  800 qr - 2.99 m. (endirim)

“Ankara” qarabaşaq / qreçka,  800 qr - 3.99 m.

Soğan, 1kq – 0.49 m.

Soğan,  1 kq -  0.49 m.

Kartof, 1 kq – 0.95 m.

Kartof,  1 kq -  0.89 m.

Cəmi: 69.73 AZN

Cəmi: 73.88 AZN

Siyahıda yer alan məhsullar üzrə aparılan müqayisə göstərdi ki, Araz supermarketdə vətəndaş 69,73 manat, Bazarstore supermarketdə isə 73,88 manat xərcləyir. Aradakı fərq cəmi 3-4 % təşkil edir ki, bu da alıcıya nəzərəçarpacaq qənaət imkanı yaratmır. Bu fakt onu göstərir ki, gündəlik istehlak mallarının qiymətləri bazarda elə formalaşdırılır ki, iri supermarket şəbəkələri arasında ciddi fərq yaranmasın. Eyni zamanda nəzərə almaq lazımdır ki, qiymətlər mütəmadi olaraq dəyişir, endirim kampaniyaları keçirilir və müxtəlif məhsullar siyahıya əlavə olunur. Bütün bunlar göstərir ki, alıcı üçün əsas seçim amilləri yalnız qiymət fərqi ilə məhdudlaşmır — keyfiyyət, çeşid və xidmət səviyyəsi də vacibdir.

Prime Leasing