SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Belarus vətəndaşı Azərbaycandakı lizinq biznesindən ayda 6 min manatdan çox qazanır

Belarus vətəndaşı Azərbaycandakı lizinq biznesindən ayda 6 min manatdan çox qazanır

  • 15 avqust 2025, 14:12

Azərbaycanda lizinq xidmətləri göstərən “Legion Financial” ASC 2025-ci ilin I yarısının yekunları ilə bağlı maliyyə hesabatını açıqlayıb.

Yurd.Media xəbər verir ki, şirkət yanvar-iyun aylarında 733 min manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53% çoxdur.

Bu il iyulun əvvəlinə “Legion Financial”ın aktivləri 19,1 milyon manat (1 il əvvələ nisbətən 2,3 dəfə çox), o cümlədən lizinq portfeli 11,1 milyon manat (59,4% çox) təşkil edib.

Şirkətin öhdəlikləri 14,7 milyon manat (3,1 dəfə çox), balans kapitalı isə 4,4 milyon manat (21,3% çox), o cümlədən nizamnamə kapitalı 3,65 milyon manat (16,4% çox) olub.

“Legion Financial”ın səhmləri 5 fiziki şəxsə məxsusdur. Onlardan biri Belarus vətəndaşı Kolas Konstantindir. O, şirkətdə 5,2% pay sahibidir. Beləliklə, 6 aylıq xalis mənfəətin 38 min manatı xarici investora çatır. Bu da o deməkdir ki, Belarus vətəndaşı Azərbaycandakı lizinq biznesindən ayda 6 mindən manatdan çox qazanır.

Prime Leasing