SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
KOB-ların ixrac imkanlarının genişləndirilməsi yolları açıqlanıb

KOB-ların ixrac imkanlarının genişləndirilməsi yolları açıqlanıb

  • 02 iyul 2026, 12:33

Kiçik və Orta Bizneslərin böyüməsi və beynəlxalq bazarlara çıxışı üçün biznesin inkişafının bütün mərhələlərini əhatə edən maliyyə ekosistemi formalaşdırılmalıdır.

Yurd.Media xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı çərçivəsində keçirilən biznes forumda deyib.

Onun sözlərinə görə, bu yanaşma KOB-ların dəstəklənməsinə, eləcə də onların ixrac imkanlarının genişləndirilməsinə xidmət edir:

"Hesab edirik ki, bunun üçün təkcə maliyyəyə və kreditə çıxışın artırılması kifayət deyil. KOB-ların böyüməsi və beynəlxalq bazarlara çıxışı üçün biznesin inkişafının bütün mərhələlərini əhatə edən maliyyə ekosistemi formalaşdırılmalıdır. Birincisi, bu sahədə fəaliyyət göstərən qurumlar risklərin bölüşdürülməsi alətlərini genişləndirməlidir. Kredit zəmanətləri və portfel zəmanət sxemləri kimi mexanizmlər KOB-ların üzləşdiyi çətinliklərin aradan qaldırılmasına kömək edə bilər. Bu alətlər kommersiya banklarının risk yükünü azaltdığı üçün onların KOS-lara daha çox kredit ayırmasını təşviq edir".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları