SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
“Kapital Bank”ın problemli kreditləri 72% artıb

“Kapital Bank”ın problemli kreditləri 72% artıb

  • 14 avqust 2025, 14:37

Bu il iyulun 1-nə “PAŞA Holdinq” MMC-yə məxsus “Kapital Bank” ASC-nin vaxtı keçmiş kreditləri 161,7 milyon manat təşkil edib.

Yurd.Media xəbər verir ki, bu barədə bankın açıqladığı rüblük maliyyə hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən il iyulun 1-i ilə müqayisədə 72% çoxdur.

Xatırladaq ki, iyunun sonuna Azərbaycanda 527,4 milyon manat problemli kredit olub ki, bu da 1 il əvvələ nisbətən 16,75% çoxdur. Başqa sözlə, vaxtı keçmiş kreditlərin 30,7%-i “Kapital Bank”ın payına düşüb.

Prime Leasing