“İrşad-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vətəndaşlarla məhkəmə iddiaları davam edir.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət daha bir neçə müştərisinə qarşı Səbail Rayon Məhkəməsində iddia qaldırıb.
İddia tələblərindən birində göstərilib ki, müştərinin “İrşad-Electronics”dən aldığı “iPhone 15 Pro Max 256GB” markalı telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 88 manat olmaqla, cəmi 1584 manat ödəməli olsada üzərinə düşən öhdəliyi tam icra etməyib. Nəticədə 273 manat əsas, 41 manat cərimə, cəmi 314 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin cavabdehdən tutulması xahiş edilib.
Bundan başqa, şirlət daha bir müştərisinə qarşı qaldırdığı iddia ərizəsində göstərib ki, cavabdeh aldığı “Samsung” markalı telefon və iki ədədə smart saat görə 18 ay ödəniş cədvəli üzrə hər ay 43 manat olmaqla, cəmi 765 manat ödəməyi öhdəsinə götürüb.
Lakin cavabdeh müqavilə şərtlərini pozub və sonradan ödəniş etməyib, 334 manat əsas, 50 manat cərimə olmaqla cəmi 384 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsi istənilib.
“İrşad-Electronics” növbəti iddia tələbi də 2024 və 2025-ci illərdə vətəndaşla bağlanmış borc alqı-satqı müqavbiləsinin şərtlərinin pozulması ilə bağlı olub.
Belə ki, MMC müştərisindən ümumilikdə 2064 manat məbləğində pul tutulması barədə qətnamə çıxarılmasını xahiş edib.
Qeyd edək ki, “İrşad-Electronics” bundan əvvəl İmişli, Ağdam, Şəki, Şəmkir və Sabirabad rayonlarından, həmçinin Gəncə şəhərindən və Bakının Nizami rayonundan olan müştərilərinə qarşı iddia qaldırmışdı.