SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
İkinci əl avtomobillərin qiyməti qalxacaq - VİDEO

İkinci əl avtomobillərin qiyməti qalxacaq - VİDEO

  • 25 oktyabr 2025, 23:27

Elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı 2026-cı ilin yanvarın 1-dən etibarən bir il müddətinə əlavə dəyər vergisindən azad olunacaq.

Yurd.Media xəbər verir ki, ƏDV güzəşti yalnız elektrik mühərrikli avtomobillərə tətbiq ediləcəyi üçün hibrid modellər bu imkandan yararlana bilməyəcək. 

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası İdarə Heyətinin sədri Eyyub Əliyev "Xəzər Xəbər"-ə deyir ki, sözügedən qərar işlənmiş avtomobil bazarını canlandıracaq.

Eyyub Əliyev qeyd edib ki, bazarda gözlənilən canlanma daxiliyanma mühərrikli işlənmiş avtomobillərin qiymətinin də artımına səbəb olacaq.

Avtomobil daşınmaları üzrə mütəxəssis Hüseyn Məmmədlinin sözlərinə görə, qərar yeni qüvvəyə minsə də, Amerikadan avtomobil sifarişlərinin sayı digər ölkələrlə müqayisədə artıb.

Mütəxəssislər bildirib ki, qərarın nəticəsi olaraq tam elektrikli və daxili yanma mühərrikli avtomobillərə yenidən marağın yaranacağı və qiymətlərinin artacağı proqnozlaşdırılır.

Prime Leasing