Azərbaycanda böyük həcmdə vergi borcu yaranan holdinq direktorunun yığıldığı vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulub.
Yurd.Media "Qaynarinfo"ya istinadən xəbər verir ki, təmir və tikinti şirkəti "EFE Holding" Məhdud Məhsuliyyətli Cəmiyətinin (MMC) direktorunun ölkədən çıxışına məhdudiyyət qoyulub.
"EFE Holding"in qanuni təmsilçisi Quliyev Vəli Əliosman oğlunun rəhbərlik etdiyi şirkətlərə görə dövlət büdcəsində 42508,46 manat vergi borcu olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən sahibkarla bağlı məhkəməyə müraciət edilib.
Məhkəmənin qərarı ilə borcun ödənilməsini təmin edilənə qədər Vəli Quliyevin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb