 
 
            Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda avtomobillərin icbari sığortası üzrə 134,7 milyon manat sığorta haqqı toplanılıb, 99 milyon manat sığorta ödənişi edib.
Bu barədə Yurd.Media-ya Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
AMB-in sığorta icmalına əsasən, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,9% və 6,4% çoxdur.
Ötən ilin 9 ayında olduğu kimi, bu ilin 9 ayında isə icbari avtosığorta üzrə toplanılmış hər 100 manatın 74 manatı ödənişə yönəldilib, başqa sözlə, sığorta şirkətlərinin özünə 26 manatı qalıb.