SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Buta Çərəz”in ölkəyə gətirdiyi fıstıq məhv ediləcək

"Buta Çərəz”in ölkəyə gətirdiyi fıstıq məhv ediləcək

  • 30 oktyabr 2025, 22:49

 "Buta Çərəz” MMC-nin Türkiyə Respublikasından idxal etdiyi fıstıq məhv ediləcək.

 Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Yurd.Media-ya bildirilib ki, Agentliyin əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı "Buta Çərəz” MMC-nin Türkiyə Respublikasından idxal etdiyi "SDF Gida Sanayi ve Ticaret Limited Şirketi” müəssisəsinin istehsalı olan ümumi çəkisi 6.12 ton antep fıstığı məhsulu partiyasında (08.10.2025-08.10.2027-ci il istehsal və son istifadə tarixli) Aflatoksin B1 və Total Aflatoksin göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.

Məhsul partiyası ölkəmizin idxal tələblərinə, o cümlədən qüvvədə olan texniki və hüquqi normalara cavab vermədiyi üçün gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərar qəbul edilib.

Prime Leasing
SPE Annual Caspian